Ölkənin sığorta bazarının aparıcı, dinamik və innovativ məhsulları ilə seçilən AtaSığorta şirkəti 19 illiyini qeyd edir.
FED.AZ xəbər verir ki, “AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verərək 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Şirkət, fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. AtaSığorta, müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə şirkətin Çağrı Mərkəzi olan 936 24/7 rejimdə fəaliyyət göstərir.
Şirkət, partnyorları və müştəriləri qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsindən, sahib olduğu sığorta xidmətləri portfelindən, əhəmiyyətli həcmdə sığorta rezervlərindən, praktiki iş təcrübəsi və peşəkar personaldan asılıdır.
Şirkət fəaliyyət başladığı gündən etibarən bir çox beynəlxal mükafatlara və sertifikatlara layiq görülüb.
FED.AZ komandası olaraq “AtaSığorta” ASC-də çalışan bütün əməkdaşları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!