Azərbaycanın dinamik sığorta şirkətlərindən “AtaSığorta” şirkəti bu gün 18 yaşını qeyd edir.
FED.az xəbər verir ki, "Atasığorta" 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Nizamnamə kapitalı 14,6 mln. AZN təşkil edən şirkətin əsas prinsipi peşəkar komanda tərəfindən fiziki və hüquqi şəxslər üçün effektiv və sərfəli sığorta məhsulları təqdim etməklə ölkənin sığorta bazarının inkişafına təkan verməkdir.
18 illik fəaliyyəti dövründə “AtaSığorta” şirkəti 26 könüllü və 4 icbari növlər üzrə ölkədə fəaliyyət göstərən bir çox iri şirkətlərin risklərinin etibarlı təminatçısı olub.
Şirkətin təqdim etdiyi əsas sığorta növləri sırasına əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası daxildir.
“Atasığorta” şirkəti fəaliyyəti dövründə digər uğurları ilə yanaşı əldə etdiyi ən böyük nailiyyətlərindən biri müştərilərin məmnuniyyətini qazanması olub. Bu dövr ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə verilən sığorta ödənişləri qanunvericiliyin tələbinə uyğun şəkildə operativ qaydada həyata keçirilib.
Şirkətin sağlam sığorta portfeli, peşəkar komandası, müştərilərə göstərilən keyfiyyətli xidmətlər və sığorta ehtiyyatları tərəfdaşlar və müştərilər qarşısındaki öhdəliklərin yerinə yetirilməsinə əsas yaradan amillərdəndir.
Şirkət maliyyə sahəsindəki uğurları iklə yanaşı sosial sahədə də aktivliyi ilə seçilib. Belə ki, “AtaSısğorta” şirkəti 2005-ci ildə “Moody İnternational” təşkilatı tərəfindən İSO 9001:2000 beynəlxalq keyfiyyət sertifikatı, 2011-ci ilin sonunda isə 3 il müddətinə “Moody İnternational” şirkəti tərəfindən İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatı alıb.
Şirkət 2007-ci ilin yekunlarına görə “İlin Sığorta şirkəti” nominasiyası üzrə “Uğur” Milli Mükafatına, Gənclərlə səmərəli iş fəaliyyətinə görə 2010-cu ildə “Gənclərin Dostu” Milli Mükafatına, 2010-cu ilin yekunlarına görə “Nüfuz və Etibar” nominasiyası üzrə “Azeri Business Award” Milli Mükafatına layiq görülüb.
Şirkət 2011-ci ildən İcbari Sığorta Bürosunun təsisçisi və aktiv iştirakçılarındadındır.