Azərbaycan sığorta bazarında öz aktivliyi ilə seçilən “AtaSığorta” şirkəti bu gün fəaliyyətinin 17 ilini qeyd edir.
FED.az xəbər verir ki, “AtaSığorta” şirkəti 2004-cü ilin iyul ayının 21-də rəsmi dövlət qeydiyyatndan keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətinə başlayıb.
Şirkət 14,6 mln. manat nizamnamə kapitalı ilə müştərilərə 30 növ üzrə, o cümlədən 26 könüllü və 4 icbari növ üzrə xidmətlər göstərir.
Şirkət fəaliyəti dövründə müştərilərinin rahatlığını təmin etmək məqsədi ilə ixtisaslaşdırılmış çarğı mərkəzini – 936 qısa nömrəli (istənilən mobil operatorlardan və şəhərlərarası çıxış) Qaynar Xəttini yaratmışdır. Bununla yanaşı, şirkət müştərilərin vaxtına qənaət etmələrini düşünərək e-pul, millli ön və digər onlayn ödəniş portalları ilə əməkdaşlıq edərək müştərilər üçün asan ödəniş imkanları yaradıb.
“AtaSığorta” şirkəti fəaliyyəti dövründə korporativ sosial məsuliyyətini dərindən düşünərək bir çox layihələrə dəstək verib, eləcə də həmin layihələrin aktiv iştirakçılarından olub. Strategiyaya uyğun olaraq bu siyasət növbəti illərdə də daimi olaraq davam etdiriləcək.
Hazırda şirkətin sağlam fərdi və korporativ müştəri portfeli mövcuddur. Şirkətin rəhbər heyəti tərəfindən tətbiq edilmiş uğurlu strategiya planının düzgün hədəflərə yönəldilməsi nəticəsində növbəti illərdə şirkətin yığımlarının həcminin daha da atması, eləcə də şirkətin digər sahələrdə uğurlar əldə etməsinə imkan yaradacaq.
FED.az komandası adınadan “AtaSığorta” şirkətinin bütün kollektivini təbrik edir, onlara işlərində uğur və müvəffəqiyyətlər arzulayırıq.
17 YAŞINIZ MÜBARƏK OLSUN!