"Meqa Həyat Sığorta "Partnyorlarla iş bölməsinin aparıcı mütəxəssisi” vəzifəsinə vakansiya elan edilir.
Namizədlərə olan tələblər:
Təhsil: Ali
Yaş: 22-35
Biznesin inkişafı, satış və ya partnyorlarla iş sahəsində ən azı 1 il təcrübə
Ünsiyyət qurma və inandırma bacarığı
Dil bilikləri: Azərbaycan dili və rus dili (əla), ingilis dili (arzuolunandır)
Əsas vəzifə öhdəlikləri:
-Mövcud partnyorlarla (banklar, bank olmayan kredit təşkilatları və s.) əlaqələrin möhkəmləndirilməsi, satışlara nəzarət və biznesin artırılması
- Yeni partnyorlarla görüşlərin keçirilməsi və əməkdaşlığa cəlb edilməsi
- Partnyorların tələblərini nəzərə alaraq uyğun sığorta məhsullarının təklif edilməsi, sığorta şərtləri və təminatı haqqında məlumatlandırma
- Partnyor satışları bölməsi üzrə müəyyən olunmuş satış planlarının yerinə yetirilməsi.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş qrafiki: I-V günlər (09:00-18:00)
-Şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir
- Əmək haqqı: 800 AZN + rüblük motivasiya
Zəhmət olmasa “mövzü” bölməsində “Partnyorlarla iş bölməsinin aparıcı mütəxəssisi” qeyd etməklə CV-nizi (foto əlavə edilməlidir) [email protected] ünvanına göndərin. Yalnız ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Ölkənin tanınmış həyat sığortası şirkəti - MEQA HƏYAT işçi axtarır - VAKANSİYA
12:47
18 İyul 2022