Azərbaycanın tanınmış və etibarlı həyat sığortaçısı olan "Meqa Həyat" sığorta şirkəti Məsul aktuari vəzifəsi üçün vakansiya elan edib.
Namizədlərə olan tələblər:
- Sığorta sektorunda aktuari kimi ən az 1 il iş təcrübəsi
- Qanunvericiliklə tələb olunan və qüvvədə olan aktuar şəhadətnaməsi
Əsas vəzifə öhdəlikləri:
- Sığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərin və onların maliyyə təminatlarının adekvatlığına nəzarət etmək
- Sığorta məhsullarının qüvvədə olduğu müddətdə onlar üzrə sığorta ehtiyatlarını hesablamaq
- Sığorta portfelinin optimallığına nəzarət etmək, zərərlilik əmsallarını hesablamaq
- Statistik məlumatları və sığorta portfelini təhlil etmək
- Nəzarət orqanına verilən hesabatları hazırlamaq
- Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlamaq
- Qanunvericilikdə nəzərdə tutulmuş hallarda aktuari rəyi hazırlamaq
- Rəhbərlik tərəfindən tapşırılan digər hesabatları hazırlamaq və təhlillər aparmaq.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş qrafiki: I-V günlər (09:00-18:00)
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
Zəhmət olmasa “mövzü” bölməsində “Məsul Aktuari” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin.