Azərbaycanın ən kiçik sığorta şirkəti olan «Naxçıvan Sığoorta» ASC 2022-ci ildəki fəaliyyətinin nəticələrni asıqlayıb.
FED.az xəbər verir ki, 2022-ci ildə şirkətin gəlirləri 653 min manat və ya 29% artaraq 2 milyon 931 min manata, xərcləri isə 521 min manat və ya 45% artaraq 1 milyon 674 min manata yüksəlib.
Nəticədə şirkət ili 1 milyon 257 min manat maliyyə mənfəəti ilə başa vurub.
251 min manat mənfəət vergisi ödənişindən sonra şirkətin xalis mənfəəti 1 milyon 005 min manat təşkil edib. Xatırladaq ki, 2021-ci ildə şirkətin xalis mənfəəti 900 min manat olmuşdu.
2022-ci ildə «Naxçıvan Sığoorta» ASC-nin xərclərinin yalnız 3-də biri sığorta ödənişlərinə sərf edilib. Qalan məbləğ işlərin aparılmasına (800 min manat), sair xərclərə (182 min manat), sığorta haqlarının geri qaytarılmasına və digər xərclərə sərf edilib.
2022-ci ildə «Naxçıvan Sığorta»nın aktivləri 8,6% artaraq 10,4 milyon manat olub.
Aktivlərin tərkibinə baxanda məlum olur ki, «Naxçıvan Sığoorta» ASC-nin ümumi əmlaklarının həcmi cəmi 385 min manat təşkil edir.
«Naxçıvan bank»da olduğu kimi, «Naxçıvan Sığorta» da 2022-ci ildə dövlət istiqrazlarına yatırımları artırıb. 2021-ci ilin sonunda şirkət istiqrazlara 1,5 milyon manat yatarmışdısa, 2022-ci ildə bu rəqəm 5 milyon manata yüksəlib.
Ötən il «Naxçıvan Sığorta»nın öhdəlikləri 5% azalaraq 2 milyon 64 min manata enib, kapitalı 8 milyon 340 min manat olub.
Xatırladaq ki, “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb və səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.