Azərbaycanın həyat sığortası bazarının aktiv iştirakçılarından olan “Qala Həyat Sığorta” şirkətinin yanvar ayında topladığı sığorta yığımları və ödənişlərinin həcmi açıqlanıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin yanvar ayı ərzində 669 min manat sığorta toplayıb ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 85 min manat və ya 15% çox olub.
AMB-nin hesabatına əsasən, müqayisə edilən dövr ərzində şirkətin ödənişlərində də artım qeydə alınıb. Belə ki, “Qala Həyat sığorta” tərəfindən müştərilərə ödənilən sığorta ödənişlərinin həcmi 137 min manat və ya 53,3% artaraq 394 min manata çatıb.
Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.