Azərbaycan sığorta bazarında tez bir zamanda müştərilərinin etibarını qazanmış “Xalq Həyat” sığorta şirkəti 2020-ci il üzrə yığımlarının həcmini açılayıb.
FED.az Azərbaycan Mərkəzi Bankın (AMB) rəsmi hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-dekabr ayları üzrə “Xalq Həyat”ın yığlmlarının həcmi 3,672 mln. manat təşkil edib. Şirkətin çevik və peşəkar komandasının uğurlu fəaliyyəti nəticəsində yığımların həcmi son bir illə müqayisədə 2,135 mln. manat və ya 3,8 dəfə artaraq 3,672 mln. manat həddini keçmişdir.
Qeyd edək ki, “Xalq Həyat” sığorta şirkəti bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən həyat sığortası şirkətidir. Şirkət müştərilərə bu könüllü məhsulları təklif edir: “Kredit götürən şəxslərin həyat sığortası”, “Həyatın yaşam sığortası”, “Sağalmaz xəstəliklərdən sığorta”, “Fərdi həyat sığortası”, “Qrup halında sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”.
Xatırladaq ki 27 mart 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.