Müasir dövrdə insan həyatına mənfi təsir göstərən əsas amillərdən biri oturaq həyat tərzidir. İlk baxışdan belə həyat tərzi rahat görünsə də, bu rahatlığın arxasında böyük fəsadlar, xəstəliklər durur. Bu xəstəliklərə dayaq hərəkət sistemində, onurğa sütununda problemlər, ürək-damar xəstəlikləri, görmə qabiliyyətinin zəifləməsi, sinir gərginliyi, əsəbilik, depressiya, stress və digərləri aiddir.
Sağlam həyat tərzinin insan həyatı üçün vacibliyini hər zaman vurğulayan A-Qroup Sığorta “Ofisdə fitness” adlı yeni layihəyə başlayıb. Layihə çərçivəsində A-Qroup Sığorta Şirkətinin dəstəyi ilə peşəkar təlimatçılar şirkət tərəfindən sığortalanmış korporativ müştərilərə ofisdə oturaq iş prosesinin mənfi təsirlərini sadə hərəkətlərlə necə aradan qaldıra biləcəklərini izah edirlər. Əsas məqsəd 8 saatlıq iş prosesi zamanı, ofisdən tərk etmədən insanların öz sağlamlıqlarına necə diqqət yetirə biləcəklərini və oturaq həyat tərzinin yarada biləcəyi fəsadların qarşısını ala bilməyin mümkünlüyünü vurğulamaqdır.
Artıq 23 ildir ki, fəaliyyət göstərən A-Qroup Sığorta Şirkəti sağlam həyat tərzinin cəmiyyətimiz üçün vacibliyini hər zaman təbliğ edir və bunun üçün bir çox layihələr həyata keçirir.
"OFİSDƏ FİTNES"- A-QROUP sığortalılarının qayğısına qalır
11:07
16 Aprel 2019