Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəriciləri hazırlanması layihəsi çərçivəsində FED.az bu dəfə son 1 ayda sığorta bazarının necə dəyişməsini əks etdirən cədvəl hazırlayıb. Cədvəldə 2018-ci ilin yanvar-oktyabr və yanvar-noyabr dövrlərində sığorta şirkətlərinin bazar payının dəyişməsi əksini tapıb.
Eləcə də bax: Sığorta haqlarının illik dinamikası renkinqi (yanvar- noyabr, 2018) –CƏDVƏL 3
Cədvəldən məlum olur ki, bazarda ən böyük paya malik olan «Paşa Həyat sığorta» noyabrda payını bir qədər də böyüdüb. Yeri gəlmişkən, «Atəşgah Həyat» və «Qala həyat» şirkətlərinin də bazar payı artıb. Əvəzində «Paşa Sığorta»nın bazar payında xeyli azalma var. Nəticədə onun payı 19%-dən aşağı düşüb.
Eləcə də bax: Sığorta ödənişlərinin illik dinamikası renkinqi (yanvar-noyabr, 2018) –CƏDVƏL 4
«Atəşgah sığorta» və «Ata sığorta» da payını artırıb, sonuncu bazarın 3%-nə sahib olmağı bacarıb. «Azsığorta» isə 2,5%-lik payla cədvəldə bir pillə irəliləyib. «Qala» və «Xalq» sığorta şirkətlərinin də payı artıb. Cədvəlin aşağısında isə dəyişiklik yoxdur, 16-21-ci yerlərin sahibləri dəyişməyib.
Noyabrda sığorta şirkətlərinin bazar payı dəyişib - CƏDVƏL
14:43
22 Dek 2018