“Naxçıvansığorta” ASC-nin (ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev pr., 4) könüllü ləğvi ilə bağlı onun adi sənədsiz 110 sayda hər birinin nominal dəyəri 63 637 manat olmaqla ümumi nominal dəyəri 7 000 070 manat olan, dövlət qeydiyyat nömrəsi AZ1004200395 səhmləri dövriyyədən çıxarılır və ləğv edilir.
FED.az xəbər verir ki, bu barədə Cəmiyyətin Ləğvetmə Komissiyası məlumat yayıb.
Qiymətli kağızların geri satın alınma dəyəri onların nominal dəyəri üzrə həyata keçiriləcək.