“Naxçıvansığorta” ASC-nin səhmləri dövriyyədən çıxarılır.
FED.az xəbər verir ki, sığorta şirkətinin könüllü ləğvi ilə bağlı onun adi sənədsiz 110 sayda hər birinin nominal dəyəri 63 637 manat olmaqla ümumi nominal dəyəri 7 000 070 manat olan, dövlət qeydiyyat nömrəsi AZ1004200395 səhmləri dövriyyədən çıxarılır və ləğv edilir.
Qiymətli kağızların geri satın alınma dəyəri onların nominal dəyəri üzrə həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 6 dekabr 2023-cü il tarixli qərarı ilə “Naxçıvansığorta” ASC-yə sığorta fəaliyyəti üçün verilmiş 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli lisenziya ləğv edilib. Rəsmi açıqlamaya əsasən, lisenziyanın ləğvi şirkətin könüllü müraciət əsasında baş verib.