Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 faizi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq.
Hökumət Naxçıvanı «TaxFree» zonaya çevirir – BÜTÜN VERGİLƏR LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – sosial sığorta haqqının 100 faizi dövlət büdcəsi hesabına ödəniləcək.
2029-cu il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək – sosial sığorta haqqının 80 faizi subsidiyalaşdırılacaq.
2032-ci il yanvarın 1-dən 2034-cü il yanvarın 1-dək – sosial sığorta haqqının 60 faizi dövlət tərəfindən qarşılanacaq.
2034-cü il yanvarın 1-dən 2036-cı il yanvarın 1-dək – sosial sığorta haqqının 40 faizi dövlət tərəfindən ödəniləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.












