Naxçıvanda işçilərin sosial sığorta haqlarının 100 % dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur.
Hökumət Naxçıvanı «TaxFree» zonaya çevirir – BÜTÜN VERGİLƏR LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Bununla bağlı "Sosial sığorta haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur. Dəyişikliyə əsasən, bölgənin rezidenti olan, qeyri-dövlət sektoruna aid edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət göstərən sığortaedənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqları bu hissə və müddətlərdə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq:
2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – sosial sığorta haqqının 100 %-i;
2029-cu il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək – sosial sığorta haqqının 80 %-i;
2032-ci il yanvarın 1-dən 2034-cü il yanvarın 1-dək – sosial sığorta haqqının 60 %-i;
2034-cü il yanvarın 1-dən 2036-cı il yanvarın 1-dək – sosial sığorta haqqının 40 %-i.














