Azərbaycanın yeganə regional sığorta şirkəti - “Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurası (DŞ) yenidən təşkil olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Şuranın sədri İsa İsayev vəzifəsindən azad edilib, onun yerinə Əsədulla İsgəndərov təyin edilib.
O, həm də şirkətin yeganə səhmdarı olan "Naxçıvan Bank" ASC-nin Müşahidə Şurasının sədridir.
İ.İsayev bundan sonra DŞ-nın üzvü kimi fəaliyyət göstərəcək. O, həm də adı çəkilən Bankın İdarə Heyəti sədrinin I müavinidir.
DŞ-nın digər üzvləri Nahidə Əliyeva və Səbuhi Xəlilov da vəzifələrindən kənarlaşdırılıblar. Beləliklə, Şuranın üzvlərinin sayı 3-dən 2-yə düşüb. N.Əliyeva həm də "Naxçıvan Bank"ın İH-nin üzvü, həm də Bankın Baş maliyyə inzibatçısıdır.
Xatırladaq ki, "Naxçıvan Sığorta" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,416 milyon manatdır.