“Qala Həyat Sığorta Şirkəti" ASC-nin İdarə Heyətinin sədr müavini Natiq Həsənovun 37 yaşı tamam olub.
FED.az komandası fürsətdən istifadə edərək Natiq müəllimi təbrik edir, ona işlərində uğurlar arzulayır.
Qeyd edək ki, Natiq Həsənov 29 iyun 1983-cü ildə Bakı şəhərində anadan olub. Sığorta sektorunda peşəkar kadr kimi tanınan N.Həsənov Azərbaycan Dövlət İqtisad Universitenin məzunudur. O, peşəkar iş fəaliyyətinə 2007-ci ildən başlayıb və bir çox tanınmış şirkətlərdə çalışıb.
N.Həsənov 2012-ci ildən “Qala Həyat” sığorta şirkətində çalışır. O, “Qala Həyat” da daxili audit xidməti, təştiş komissiyasının üzvü və təftiş komissiyasının sədri vəzifəsini müvəqqəti icra edib.
Hazırda N.Həsənov ölkənin ən aparıcı həyat sığortası şirkəti olan “Qala Həyat Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinin sədr müavinidir.
Natiq Həsənov üçün - ÖZƏL GÜN
11:32
29 İyun 2020