Azərbaycan sığorta bazarının aktiv və aparıcı şirkətlərindən olan “Xalq Sığorta” ASC “Kasko sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
FED.az xəbər verir ki, “Kasko sığortası” növü üzrə “Xalq Sığorta” ASC tərəfindən sığortalanan “Volvo XC90” markalı avtomobilinin cari ilin mart ayında avto qəzası baş verib.
Sığorta hadisəsi nəticəsində “Volvo XC90” markalı avtomobil zədələnmiş və aparılmış qiymətləndirmənin nəticəsi olaraq, avtomobilin ön hissəsinə 71,921 min manat, arxa hissəsinə isə 12,557 min manat həcmində zərər dəymişdir.
Yekun olaraq, zərərlə bağlı müştəriyə 83,478 min manat ödəniş olunmuşdur.
Xatırladaq ki, bazarda kifayət qədər imicli sığorta şirkəti kimi tanınan “Xalq Sığorta” ASC 2005-ci ildən fəaliyyət başlayıb. 58 750 500 manat həcmində nizamnamə kaptalına malik olan şirkət tərəfdaş və müştərilər qarşısında öhdəliklərin vaxtında həyata keçirməklə sığorta bazarında yüksək imic qazanıb. Şirkət satış coğrafiyasını genişləndirməsi nəticəsində ölkənin bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edə bilir.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.