26 ildən artıq Azərbaycan sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2022-ci ilin birinci rübünə olan nəticələri açıqlayıb.
Şirkətdən FED.az-a bildirilib ki, bu ilin üç ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 4 862 827 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 752 247 manat artıq olub, bu da müqayisədə 18% artım deməkdir.
2022-ci ilin birinci rübündə “A-Qroup”un sığortalıları 2 667 972 manat məbləğində ödəniş alıblar. Ödənişlərin böyük qismi - 2 495 899 manatı könüllü tibbi sığortanın payına düşüb. Ortalama olaraq “A-Qroup” şirkəti 2022-ci ilin birinci rübündə hər gün müştərilərinə 28 000 AZN məbləğində ödəniş həyata keçirib.
Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir.
A-Qroup dünya standardlarına cavab verən, müştərilərinin qayğısına qalan və onlara yüksək ixtisaslı xidmətlə təmin edən şirkət olaraq qalmaqdadır.
Xatırlatmaq istərdik ki, A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 26 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə genişçeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü və 3 icbari sığorta növü üzrə yüksək ixtisaslı xidmətlər təqdim edir.