“Lisenziyası ləğv olunmuş bankların bağlanmış filiallarına görə əmanətçilərin kompensasiya ala bilməməsi məsələsinin vətəndaşların xeyrinə həll olunacağı gözlənilir”.
Eləcə də bax: Əmanət Fondunun rəhbəri: "Bu məsələlər yayın sonunadək həll olunacaq"
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) İcraçı direktoru Tural Piriyev bildirib.
“Müqavilələr sıfrlanmamalı, köçürülməli idi. Banklar bağlanan filialların bağladıqları müqavilələri sıfırlayıblar, bunu səhv ediblər. Məsələnin vətəndaşların xeyrinə həll olunması üçün Nazirlər Kabinetinə müraciət edəcəyik”,- o deyib. (Marja)