Sığorta

«Müddəti 7 gündən 3 günə endirəcəyik» - MÜSAHİBƏ

«Müddəti 7 gündən 3 günə endirəcəyik» - MÜSAHİBƏ | FED.az
17:03 19 Noyabr 2018
Xəbər verildiyi kimi bu günlərdə Bakıda «Qala Sığorta» şirkətinin yeni “Mərkəz” filialı fəaliyyətə başlayıb. FED.az xəbər verir ki, şirkətin İdarə Heyəti sədrinin müavini Taleh Yunsurov şirkətin fəaliyyəti və qarşıdakı dövrdə planlarını açıqlayıb.

Eləcə də bax: Azərbaycanda ən hündür binanı bu şirkət tikir - MÜSAHİBƏ

 
- Şirkətimiz artıq 3 ildir bazara inteqrasiya edir. Bizim inkişaf proqramında təbii ki, həm Bakı şəhərində, həm də Azərbaycanın bütün iqtisadi rayonlarına və adi rayonlara genişlənmək planımız var. Bunun məntiqi ardıcıllığı olaraq biz ilk növbədə qanunvericiliyin tələbi olan iqtisadi rayonlarında öz nümayəndəliyimizi açmağa qərar verdik və 2018-ci ildə biz Lənkəran, Gəncə, Sumqayıt və Tovuz rayonlarında yeni nümayəndəliyimizin açlışını qeyd etdik.
 
- Bəs növbəti filial və nümayəndəliklərin hansı şəhərlərdə açılması gözlənilir?
 
- Növbədə İmişli rayonunda, Şirvan iqtisadi rayonunu əhatə edən şəhər və  rayonlarda bizim nümayəndəliyimizin açlışı gözlənilir. 2019-cu ildə biz daha da genişlənərək iqtisadi rayonun bir neçə rayonunda satış ofisimizi açmağı planşdırırıq. Bizim satış  startegiyamızın  əsas məqsədi bütün Azərbaycanda hər bir kəsin sığortaçısı olmaqla  istər fiziki şəxslər, istərsə də hüquqi şəxslərə yaxın olmaqla onların sığorta ilə bağlı ehtiyaclarını ödəməkdir.

 
- Hazırda «Qala Sığorta» müştərilərinə hansı xidmətləri göstərir?
 
- Bizim şirkətin bazarda əsas üstünlüklərindən biri odur ki, sığorta bazarında həyat sığortası üzrə fəaliyyət göstərən «Qala Həyat» Sığorta şirkətimiz də var. Biz onlarala bərabər addımlar atırıq, genişlənməni həyata keçiririk və onların və öz məhsullarımızdan kombinə olunmuş məhsullar istehsal edərək bazara təhvil veririk. Bu bizim bir istiqamətdir. Şirkət olaraq 23 növdə sığorta məhsulumuz mövcuddur.

 
- Göstərdiyiniz xidmət sahələrinin sayını artırmaq və ya yeni xidmət növlərini təklif etməklə bağlı planlarınız necədir?
 
- Kifayət qədər bazarın tələblərini tətbiq  edərək, bazarın tələblərinə uyğun olaraq apardığımız tədqiqatlar nəticəsində formalaşdırılmış məhsullarımız var. Bunların içində həm könüllü və icbari sığorta növlər var . Təbii ki, gələcəkdə satış siyasətimizin davamı olaraq məhsullarımızın sayını 30-a çatdırmağı planlaşdırırq.

 
- «Mərkəz» filialının açılmağının əsas səbəbi nədir?
 
- Bu bizim Azərbaycanda ilk filialımızdır. Yəni başqa yerlərdə biz nümyəndəliklər açmışıq. Bu filialın açılmasında məqsəd Bakı şəhərində həm kontingenti, həm də sığorta ehtiyacının böyük olduğunu nəzərə alaraq satış istiqamətində peşəkar komandanı formalaşdırmaq və Bakı şəhərinin Mərkəzi ofisindən uzaq olan əhalisinə öz sığorta məhsullarımızı təqdim etməkdir. Digər məqsəd isə baş verən sığorta hadisəələrini daha operativ tənzimləməkdir.

 
- Son vaxtlar bütün dünyada sığorta işində  texnoloji yeniliklərdən geniş istifadə olunur. Özü də bu təkcə sığorta satışında deyil, hadisələrin araşdırlmasında da baş verir. Yəni çalışılır ki, müştəri şirkətə mümkün qədər az gəlsin. «Qala Sığorta» şirkətində bu məsələlər nə yerdədir?
 
- Texnoloji yeniliklər bütün dünyada ən ümdə işdir. Proseslərin təmərküzləşməsi prioritet kimi bizim şirkət üçün də qəbul olunub. Biz bir neçə ildir həm sistemin elektronlaşdırılması, həm müştərilərin bizə müraciətin elektronlaşdırılması üzərində işləyirik. Eyni zamanda bizim müştərilərə cavabımızın operativ çatması və yeni texnologiyalardan istifadə üzərində böyük işlər aparılır.
Yaxın gələcəkdə, daha dəqiq desək, 2019-cu ildə müştərilərin qarşısına yeni formatda çıxacayıq. Həm  sığorta hadisələrinin tənzimlənməsi istiqamətində, həm də sığorta məhsullarının insanlara çatdırılması istiqamətində proqramımız hazırdır.

 
- Şirkətin bununla bağlı hədəfləri varmı? Yəni müştərilər elektronlaşmanı necə hiss edəcək? Məsələn, ödəniş müddəti azalacaqmı?
 
- Mən bir məsələni qeyd edim ki, sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazası var və biz bu bazadan kənara çıxmamaq şərti ilə öz proseslərimizi  optimallaşdırmaq niyyətindyik. Tutaq ki, qanunda hə hansı sığorta hadisəsi zamanı 7 gün ərzində  müştərinin hadisə haqqında cavablandırılması nəzərdə tutulubsa, biz bunu 3 günə endirməyi hədəf qoymuşuq. Müştərilər bunu bizdən həm təbliğat şəklində görüb-eşidəcəklər, həm də xidmətlərimizdə hiss edəcəklər.
  

 

Digər xəbərlər