Bir neçə gündür müzakirələrə səbəb olan məsələyə aydınlıq gəlib - Milli Məclisin fasadı dağılan inzibati binası sığortalı olub.
Eləcə də bax: Sığorta ilə bağlı hamını maraqlandıran - 9 SUAL VƏ CAVAB
FED.az əldə etdiyi məlumata görə, parlament binası daşınmaz əmlakın icbari sığortası üzrə “PAŞA Sığorta” şirkətində sığortalanıb.
Qeyd edək ki, noyabrın 11-də Bakıda güclü külək bir sıra fəsadlar törədib, o cümlədən Milli Məclisin inzibati binasında bir neçə fasadı uçurub.
Dəymiş zərərlə bağlı noyabrın 16-da “PAŞA Sığorta” şirkətinə müraciət olunub. Sığorta şirkəti hazırda müraciəti araşdırır. Məlumata görə, daha sonra zərərin qiymətləndirilməsi həyata keçiriləcək. Bundan sonra dəyən ziyanın sığorta şirkəti tərəfindən qarşılanması dəqiqləşəcək.