Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Meqa Sığorta" ASC-dir.
Könüllü tibbi sığorta xidməti çərçivəsində Milli Depozit Mərkəzində çalışan 62 nəfər əməkdaş ümumilikdə 325 000 manat dəyərində sığortalanacaq (3 nəfər premium paketlə 10 min manatlıq, 59 nəfər isə standart paketlə 5 min manatlıq).
Qeyd edək ki, 2010-cu ildən fəaliyyət göstərən “Meqa Sığorta” ASC 100 mindən artıq hüquqi və fiziki şəxslərə 32 könüllü və 3 icbari sığorta növü üzrə sığorta xidməti göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 15 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online internet platforması ilə müştərilərin xidmətindədir.