Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 126 milyon 2 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 486 min manat və ya 4% çoxdur.
2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 121 milyon 516 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 92 milyon 988 min manat təşkil edib ki, bu da illik müqayisədə 20 milyon 309 min manat və ya 28% çoxdur.
Əvvəlki ilin eyni dövründə 72 milyon 679 min manat sığorta ödənişləri edilmişdi.