Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 154 milyon 173 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 milyon 379 min manat və ya 4% çoxdur.
2023-cü ilin yanvar-noyabr aylarında bu göstərici 147 milyon 793 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 118 milyon 383 min manat təşkil edib ki, bu da illik müqayisədə 28 milyon 383 min manat və ya 32% çoxdur.
Əvvəlki ilin eyni dövründə 89 milyon 637 min manat sığorta ödənişləri edilmişdi.