Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, 2024-cü ildə bu növ sığorta üzrə yığımlar 167 milyon 111 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 218 min manat və ya 2% azdır.
2023-cü ilin yanvar-dekabr aylarında bu göstərici 170 milyon 930 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 129 milyon 997 min manat təşkil edib ki, bu da illik müqayisədə 32 milyon 88 min manat və ya 33% çoxdur.
Əvvəlki ilin eyni dövründə 97 milyon 907 min manat sığorta ödənişləri edilmişdi.