"Meqa Sığorta" şirkətinin filial və agent şəbəkəsinin inkişafı idarəsinin müdiri Elçin Eyvazov işdən ayrılıb. FED.az xəbər verir ki, Bu barədə Fins.az-a E.Eyvazov özü məlumat verib. Onun sözlərinə görə, iyul ayının 30-dan etibarən "Meqa Sığorta"dan ayrılıb. Bununla belə, o işdən ayrılma səbəbini açıqlamayıb. O bildirib ki, hazırda yeni təklifləri dəyərləndirməyə hazırlaşır.
Qeyd edək ki, E.Eyvazov 2005-2016-cı illərdə "Standard İnsurance" sığorta şirkətində avtonəqlliyyət sığortası şöbəsinin müdiri vəzifəsində çalışıb. 2016-cı ilin iyul ayında "Meqa Sığorta"ya filial müdiri təyin edilib. 2017-ci ilin fevral ayından isə filial və agent şəbəkəsinin inkişafı idarəsinin müdiri vəzifəsində çalışıb.