Tanınmış sığorta agenti Şahin İsmayılov öz fəaliyyətinə “Ata Sığorta” da davam etdirəcək.
Bu barədə FED.az-a Ş.İsmayılov özə məlumat verib. «Mart ayinin 1-dən etibarən, sigortaciliq fəaliyyətimi "ATA SİGORTA" Şirkətində davam etdirəcəm»-deyə o bildirib.
Eləcə də bax:Daha bir sığorta şirkətinin səhmdarları - TOPLANIR
Qeyd edək ki, Ş.İsmayılov indiyədək uzun müddət AXA MBASK Sigorta şirkətində çalışıb: «AXA MBASK Sigorta şirkətində mənimlə olan müəyyən qism müştərilərimi bu barədə artiq məlumatlandirmişam. Digər müştərilərim də, bu barədə vaxti catdiqca məlumatlandirilacaq».
«Şirkət dəyişildi. Dəyişməyən isə, illərlə davam edən,müştəri məmnunlugu əsasinda qurulan iş prinsipimdir. Hər biriniz mənim ücün dəyərlisiniz. Hər birinizə Yaşil işıq və Xətasiz yol arzulayiram»-deyə agent bildirib.
Xatırladaq ki, ötən ayın sonu Ş. İsmayılov “AXA MBASK”dakı fəaliyyətini dayandırmışdı.
Məşhur sığorta agenti «Ata Sığorta»ya keçdi
10:37
21 Fev 2019