Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulun və avtomobillərin (KASKO) sığortalanması ilə bağlı sığorta şirkətlərinin seçimini başa çatdırıb.
FED.az xəbər verir ki, keçirilən enderin nəticəsi olaraq əsas vəsaitlərin sığortalanması üzrə «Atasığorta» ASC, nağd pulun sığortası üzrə «Paşa Sığorta» ASC, nəqliyyat vasitələrinin (KASKO) sığortası üzrə isə «QALA Sığorta» ASC elan edilib.
Qalib şirkətlərlə satınalma müqavilələri imzalanıb.