Sığorta sahəsi üzrə Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən attestasiyaların nəticələri açıqlanıb.
AMB-dan FED.az-a bildirilib ki, nəticələrə əsasən attestasiyalarda iştirak edən 4 namizəddən 3 nəfər keçid balını toplayaraq, attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının (Qayda) 5.5-ci bəndinə əsasən aktuari şəhadətnaməsi almaq üçün attestasiyada iştirak edən şəxs müvafiq mövzu üzrə 60 balı topladıqda attestasiyadan keçmiş hesab olunur. Eyni zamanda, Qaydanın 4.6-cı bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxs və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Attestasiyanın nəticələrinə dair məlumat
(rəhbər işçilər)
№ |
Namizədin adı |
Topladığı bal |
1. |
Mikayılov Sarxan Umudvar oğlu |
87 bal |
2. |
Qasımov Tural Nazim oğlu |
86 bal |
Attestasiyanın nəticələrinə dair məlumat
(sığorta vasitəçiləri)
№ |
Namizədin adı |
Topladığı bal |
1. |
İsmayılov Rauf Sərdar oğlu |
59 bal |
Attestasiyanın nəticələrinə dair məlumat
(aktuarilər)
№ |
Namizədin adı |
Topladığı bal |
1. |
Vəliyev Nəsir Asif oğlu |
68 bal |