Azərbaycan Mərkəzi Bankı “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-yə yeni lisenziya təqdim edib.
FED.az xəbər verir ki, bankın İdarə Heyətinin qərarı ilə müştərək sığorta şirkətinə 09 oktyabr 2025-ci il tarixində lisenziya təqdim edilib.
Sığortaçı qeyri-həyat sığorta sektorunda sonuncu lisenziya əldə edən şirlətdir və AMB ona lisenziyanı 06 oktyabr 2020-ci il tarixində 5 il müddətinə təqdim etmişdi.