Azərbaycan Mərkəzi Bankı “Xəmsə Sığorta və Təkrarsığorta Brokeri” MMC-yə icrası məcburi göstəriş verib.
Mərkəzi Bank 1 bank və 1 şirkətə sığorta agenti lisenziyaları verib
FED.az xəbər verir ki, bu barədə AMB-dən bildirilib. Belə ki, Mərkəzi Bank tərəfindən sığorta brokerində planlı və hərtərəfli yoxlama aparılıb.
"Xəmsə Sığorta və Təkrarsığorta Brokeri"nin sığorta qanunvericiliyinə və lisenziya tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması nəticəsində müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” Qanunun 102. 2. 9-cu maddəsinə əsasən icrası məcburi göstəriş verilib.