Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sığorta agentinin lisenziyasını ləğv etdi.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat yayır.
Məlumata görə, AMB İdarə Heyətinin 15 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq, könüllü müraciət əsasında Əliyev Əliməmməd Nadir oğluna sığorta agenti fəaliyyətinə verilmiş 13 fevral 2013-cü il tarixli 000868 nömrəli lisenziya ləğv edilmişdir.