Azərbaycanda sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə növbəti məlumat açıqlanıb.
“Amrah Sığorta”nın ləğv prosesinin yekunu müzakirə olunacaq
FED.az xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 24 iyun 2021-ci il tarixli qərarı ilə Səlimov Dövlət Fərman oğluna sığorta agenti fəaliyyəti üçün verilmiş 5 oktyabr 2018-ci il tarixli SA-0037 nömrəli lisenziya ləğv edilmişdir.