Azərbaycanda daşınmaz əmlakın katastrofik risklərdən icbari sığortası nəzərdə tutulur.
Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər - KƏSKİN AZALIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.
O bildirib ki, beynəlxalq təcrübədə olduğu kimi, ölkəmizdə də katastrofik risklərin təsirinin azaldılması üçün sığorta effektiv müdafiə mexanizmi sayılır. Bununla əlaqədar olaraq daşınmaz əmlakın icbari sığortasının katastrofik risklər üzrə daha geniş kütləyə təsir edə biləcək əhəmiyyətli zərərlərin aradan qaldırılması istiqamətində sığortanın təsiredici imkanlarının artırılması nəzərdə tutulur. Bu sığorta növü üzrə beynəlxalq təcrübəyə əsaslanmaqla yeni konsepsiya hazırlanıb və aidiyyəti hüquqi aktların tərtib olunması üzrə işlər davam etdirilir.
Qeyd edək ki, son dövrlər daşğın, sel, meşə yanğınları, zəlzələlər və bir sıra kütləvi tələfatlara və maddi ziyana səbəb olan təbii fəlakətlər daha da artıb. Bu isə sığorta sahəsində atılan addımları yenidən nəzərdən keçirməyi tələb edir. (Apa)