Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki və hüquqi şəxslərə daşınmaz əmlakı rəqəmsal formada sığortalamaq imkanı verib.
Azərbaycanda daşınmaz əmlakın icbari sığorta bazarı bu il - İKİ DƏFƏ BÖYÜYƏCƏK
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, daşınmaz əmlak sahəsində sığorta xidmətlərinin göstərilməsinin rəqəmsal formatı daşınmaz əmlak sığortasının artım tempini sürətləndirəcək.
Qeyd edək ki, 2023-cü ilin sonunadək Azərbaycanda kağız daşıyıcıda sığorta polislərindən tamamilə imtina etmək planlaşdırılır. Yaxın iki ay ərzində daşınmaz əmlak üzrə kağız daşıyıcıda sığorta polislərindən imtina nəzərdə tutulur. (Trend)