Mərkəzi Bank 2 hüquqi şəxsə və 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalarını ləğv edib.
Bu barədə FED.az tənzimləyici quruma istinadən xəbər verir.
Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 107.1.2-ci maddəsinə müvafiq olaraq, lisenziyalarının qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 noyabr 2024-cü il tarixli Qərarına əsasən 2 (iki) hüquqi şəxsə və 5 (beş) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Həmçinin, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin həmin tarixli Qərarı ilə Qanunun 107.1.3-cü maddəsinə əsasən, 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq, 3 (üç) nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci və 107.1.3-cü maddələrinə əsasən lisenziyaları ləğv edilən sığorta agentlərinin siyahısı:
| 
			 №  | 
			
			 Sığorta agentinin adı  | 
			
			 Lisenziyanın tarixi  | 
			
			 Lisenziyanın nömrəsi  | 
			
			 VÖEN  | 
		
| 
			 1  | 
			
			 Aslanov Emin Cahangir oğlu  | 
			
			 24.12.2014  | 
			
			 080626  | 
			
			 1402867982  | 
		
| 
			 2  | 
			
			 Nəcəfova Cəmilə Mahal qızı  | 
			
			 15.01.2013  | 
			
			 000827  | 
			
			 1502019352  | 
		
| 
			 3  | 
			
			 Tanrıverdiyev Elsevər Səlimxan oğlu  | 
			
			 14.10.2011  | 
			
			 000493  | 
			
			 1701269112  | 
		
| 
			 4  | 
			
			 Axundov Əlihüseyin Cavad oğlu  | 
			
			 25.09.2009  | 
			
			 000260  | 
			
			 6800470702  | 
		
| 
			 5  | 
			
			 Bağırov Elvin Eldar oğlu  | 
			
			 07.08.2015  | 
			
			 080691  | 
			
			 1304161162  | 
		
| 
			 6  | 
			
			 Həsənov Tərlan Valeh oğlu  | 
			
			 18.08.2011  | 
			
			 000469  | 
			
			 6500333332  | 
		
| 
			 7  | 
			
			 Mirzəyev Nemət Elçin oğlu  | 
			
			 12.01.2017  | 
			
			 SA-003  | 
			
			 2903448552  | 
		
| 
			 8  | 
			
			 Namazova Rəna Elməddin qızı  | 
			
			 21.07.2009  | 
			
			 000215  | 
			
			 6600144722  | 
		
| 
			 9  | 
			
			 "AZPRO Consulting" MMC  | 
			
			 23.02.2023  | 
			
			 SA-0281  | 
			
			 8700150811  | 
		
| 
			 10  | 
			
			 "Davood" MMC  | 
			
			 26.12.2018  | 
			
			 SA-0124  | 
			
			 1903303771  | 
		





                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







