Azərbaycan sığorta bazarının iştirakçılarından olan “MeqaSığorta” şirkətinin yığımlarının kəskin azalması tendensiyası davam edir.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin yanvar-noyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət cari ilin 10 ayı ərzində 19,104 mln. manat həcmində sığorta haqı toplayıb ki, bu da 2021-ci ilinanaloji dövrünün göstəricisi ilə müqayisədə 4,618 mln. manat və ya 19,5% azdır.
Yığımlardan fərqli olaraq, hesabat dövründə baş vermiş sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmində artım müşahidə olunub. Belə ki, son bir illə müqayisədə sığorta ödənişlərinin həcmi 1,452 mln. manat və ya 31,3% artaraq 6,093 mln. manata çatıb.