Azərbaycanın “MeqaSığorta” şirkətinin yığımlarınin həcmində azalma müşahidə olunub.
FED.az biznes maliyyə portalı Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir ki, son bir illə müqayisədə “MeqaSığorta”nın yığımlarında azalma qeydə alınıb.
Belə ki, 2018-ci ildə “MeqaSığorta” tərəfindən 25,769 mln. manat həcmində sığorta haqqı toplanmışdırsa, 2019-cu ildə bu rəqəm 3,954 mln. manat və ya 15,3% azalaraq 21,815 mln. manat təşkil edib.
Qeyd edək ki, yığımların azalması fonunda şirkətin bazar payı da azalır. Belə ki, son bir il ərzində (2018-2019) “MeqaSığorta”nın bazar payı 0,3 faiz bəndi azalaraq 3,20%-ə düşüb.