“Meqa Sığorta” bu ilin 10 ayını 27 milyon 901 min manatlıq yığımla tamamlayıb.
FED.az xəbər verir ki, şirkətin yığımları ötən ilin eyni dövründəki 29 milyon 972 min manatlıq göstəriciyə yaxındır.
Bu dövrdə ödənişlər 1 milyon 160 min manat (9,4%) artaraq 13 milyon 524 min manat olub. Ötən il ödənişlər 12 milyon 364 min manat idi.
2010-cu ildə təsis edilmiş "Meqa Sığorta" ASC, peşəkar yanaşma, yüksək etibarlılıq, xidmətlərin keyfiyyəti, fərdi və korporativ müştərilərə təklif olunan geniş çeşidli sığorta məhsulları, həmçinin, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi nəticəsində Azərbaycan sığorta bazarının liderlərindən biridir.
Şirkətin fəaliyyətinin şəffaflığını, yüksək maliyyə sabitliyini, sürətli inkişafını təmin etməyə yönəlmiş strategiyasını həyata keçirmək məqsədi ilə "Meqa Sığorta" ASC hər il Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (MHBS) uyğun olaraq dünyanın aparıcı auditor şirkətləri tərəfindən audit olunur və həmçinin SGS şirkəti tərəfindən təsdiqlənmiş ISO 9001 beynəlxalq standartına uyğun olaraq Keyfiyyət İdarəetmə Sistemini tətbiq edir.
Müştəri sorğularının operativ cavablandırılması məqsədi ilə Şirkətin Bakı ofisləri ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrində filial və nümayəndəlik şəbəkəsi mövcuddur.











