Vergilər Nazirliyinin bu il sentyabrın 17-də dövlət qeydiyyatına aldığı "Meqa Həyat Sığorta" ASC-nin 11 milyon manatlıq nizamnamə kapitalı hər birinin nominal dəyəri 5 000 manat olan 2 200 ədəd səhm əsasında formalaşıb.
FED.az "Renkinq.az"-a istinadən xəbər verir ki, bu barədə maliyyə bazarındakı mənbəyə istinadən xəbər verilir.
Xatırladaq ki, yeni həyat sığortası şirkəti "Meqa Sığorta" ASC-nin 100%-lik törəməsidir və onunla eyni hüquqi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19-da qeydiyyatdan keçib.