“Meqa Sığorta” şirkətinin marketinq və PR şöbəsinin müdiri Emil Quliyev vəzifəsindən ayrılıb.
Bu barədə FED.az-a E.Quliyevin özü məlumat verib. O bildirib ki, öz xahişi əsasında, yeni işə təyinat alması ilə bağlı iyun ayından artıq “Meqa Sığorta” şirkətində çalışmır: “Mən sığorta sektorundan uzaqlaşmışam və fəaliyyətimi Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin birində davam etdirirəm”.
Qeyd edək ki, E.Quliyev 2003-2007-ci ildə İqtisad Universitetinin marketinq ixtisası üzrə bakalavr, 2008-2010-cu ildə həmin ixtisas üzrə magistr təhsili alıb. 2011-2012-ci ildə Boyük Britaniyanın “Lancaster Univercity”də Advanced Marketing Management üzrə master dərəcəsi alıb.
E.Quliyev 2008-2010-cu ildə “Atəşgah Sığorta” şirkətinin marketinq departamentində baş mütəxəssis, 201-2015-ci ildə “GeoGlobe Ltd – Geotechnical & Geophysical Engeenering Company”-də biznesin inkişafı üzrə menecer vəzifələrində çalışıb.
“Meqa Sığorta”nın şöbə müdiri vəzifəsindən uzaqlaşdı - SƏBƏB

13:39
27 İyul 2019