“Meqa Sığorta” ASC-nin son bir il ərzində yığmlarında, o cümlədən satışlarında kəskin azalma tendensiyası davam edir.
FED.az Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin 10 ayı ərzində 22,321 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,182 mln. manat və ya 18,84% az olub.
Qeyd edək ki, cari ilin əvvəlindən etibarən Azərbaycan Mərkəzi Bankın sığorta şirkətləri üzrə açıqladığı dövrü hesabatlarda “Meqa Sığota” şirkətinin yığım üzrə göstəricilərində artım qeydə alınmır.
Şirkət FED.az-a açıqlamasında bildirmişdir ki, sığorta yığımlarında yaranan azalma bəzi layihələrin (müştərilərin Meqa Sığortadan uzaqlaşması, müqavilələrin dayandırılması) vaxtının bitməsi ilə bağlı olub.