“Meqa Sığorta” ASC-nin Təftiş Komissiyasına yeni üzv seçilib.
Eləcə də bax: “Azərbaycan Sənaye Sığorta”da yığıncaq keçiriləcək
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu Abbaszadə Eldar Rafail oğludur.
O, bu vəzifədə Eyvazov Fuad Etimad oğlunu əvəzləyib.
Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Nəzakət İsmayılovaya, 19%-i Zaur Quliyevə, 14%-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10%-i Zeynal Əliyevə, 10%-i Faiq Şahəliyevə (10%), 9%-i isə Yaşar Əliyevə məxsusdur.