“Meqa Sığorta” ASC-də daxili audit xidmətinin rəhbəri təyin olunub.
Nofəl Rzayev “PAŞA Sığorta”nın Direktorlar Şurasını - TƏRK EDİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, vəzifəyə təyin olan şəxs Mahmudova Elmira İlham qızıdır.
Sığortaçının daxili audit xidməti – Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə sığortaçının daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.
Bu xidmətə başçılığı Daxili audit xidmətinin rəhbəri həyata keçirir. Xidmət rəhbəri Təftiş Komissiyasının təqdimatı ilə Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.
Sığortaçılarda daxili auditin aparılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.
Xatırladaq ki, “Meqa Sığorta” 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb.