Ölkənin həyat və qeyri-həyat sığortası üzrə aparıcı sığorta şirkətlərindən olan “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” müştərilər üçün maliyyə xidmətləri sahəsində savadlılığın artırılması istiqamətində apardığı işləri uğurla davam etdirir.
FED.az xəbər verir ki, bu kimi tədbirlərin davamı olaraq, bu gunlərdə Dünya Bankının B-Ready hesabatının maliyyə xidmətləri indikatoru üzrə özəl sektorun məlumatlılığının artırılması məqsədilə “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC tərəfindən müştərilərə təlim keçirilib.