“Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC-nin əməkdaşları Azərbaycan Xalq Cümhuriyyəti zirvəsinə qalxdılar və bir daha sübut etdilər ki, birlikdə hər zirvə fəth olunur!
FED.az xəbər verir ki, bu təşəbbüs şirkətlərin milli dəyərlərə və tarixə olan hörmətini, vətənpərvərliyi, eyni zamanda komanda ruhunu və məqsədyönlülüyünü nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti zirvəsi 2018-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Cənubi Qafqazın yuxarı hissəsində yerləşən adsız yüksəkliyə verilmişdir. 3740 metr hündürlüyə malik bu zirvə qısa zamanda ölkəmizdə geniş tanınaraq rəmzi məna daşımağa başladı.