“Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC ölkə iqtisadiyyatının inkişafına töhfə verməklə yanaşı cəmiyyət qarşısında olan məsuliyyətini unutmur və davamlı olaraq korporativ sosial məsuliyyət çərçivəsində müxtəlif layihələr həyata keçirir.
FED.az xəbər verir ki, sosial layihələrə böyük önəm verən “Meqa Sığorta” ASC və “Meqa Həyat Sığorta” ASC “Bütün Vücudlar Danışır” sosial-mədəni layihəsinin sponsorudur. “DanceAbility” Azərbaycan sosial müəssisəsi tərəfindən təşkil edilən bu layihə Meqa Sığorta Qrupunun dəstəyi ilə ESG (Ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) prinsiplərinə uyğun olaraq, inklüziv cəmiyyətin inkişafını təşviq edir. Bu təşəbbüslə Meqa Sığorta Qrupu inklüziv cəmiyyətin qurulmasına öz töhfəsini verir.
Bir il ərzində davam edəcək “Bütün Vücudlar Danışır” layihəsi 800-dən çox iştirakçıya xidmət göstərməyi planlaşdırır. Layihədə fərqli yaş qruplarından əlilliyi olan şəxslər, qazilər, aztəminatlı ailələr və internat məktəblərinin şagirdləri iştirak edəcək. Layihənin əsas məqsədi - cəmiyyətin həssas qruplarını bir araya gətirib onların fiziki və emosional rifahını yaxşılaşdırmaq və sosial bacarıqlarını inkişaf etdirməkdir.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 36 növ könüllü və icbari sığorta məhsulları ilə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarında 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və https://meqasigorta.az/online onlayn satış platforması ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.
Nizamnamə kapitalı 11 mln. manat olan “Meqa Həyat Sığorta” ASC 2021-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş həyat sığortası xidmətləri göstərməyə icazə verən lisenziya əsasında fəaliyyət göstərir. Şirkət İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır.