Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Meqa Sığorta” ASC-nin son bir il ərzində yığmlarında kəskin azalma olub və azalma tendensiyası bir ildir ki davam edir.
FED.az Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-iyul ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin ilk 7 ayı ərzində 14,782 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,512 mln. manat və ya 27,16% az olub.
Qeyd edək ki, cari ilin əvvəlindən etibarən Azərbaycan Mərkəzi Bankın sığorta şirkətləri üzrə açıqladığı dövrü hesabatlarda “Meqa Sığota” şirkətinin yığım üzrə göstəricilərində artım qeydə alınmır.
Şirkətdən FED.az bildirilmişdir ki, sığorta yığımlarında yaranan azalma bəzi layihələrin (müştərilərin "Meqa Sığorta"dan uzaqlaşması, müqavilələrin dayandırılması) vaxtının bitməsi ilə bağlı olub.
Xatırldaq ki, Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-iyul ayı üzrə açıqladığı hesabatında sığorta şirkətləri sırasında yığımlar üzrə ən çox azalma "Meqa Sığorta"da qeydə alınıb.