Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Meqa Sığorta” ASC-nin son bir il ərzində yığmlarında azalma olub.
FED.az Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-aprel ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin ilk 4 ayı ərzində 9,173 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,329 mln. manat və ya 3,46% az olub.
Yığımlardan fərqli olaraq, şirkətin sığorta ödənişlərində artım müşahidə olunub. Belə ki, hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə verilən sığorta ödənişlərinin həcmi 0,031 mln. manat və ya 2,24% artaraq 1,414 mln. manata çatıb.