Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Meqa Sığorta” ASC-nin son bir il ərzində müxtəlif sığorta hadisələri üzrə müştırilərə ödədiyi sığorta ödənişlərinin həcmi azalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-mart ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin birinci rübü ərzində müştərilərinə ümumilikdə 1,056 mln. manat həcmində sığorta ödənişi verib.
İllik müqayisədə şirkətin sığorta ödənişlərinin həcmi 58 min manat və ya 5,2% azalıb.